06 
Mar
2023
15:56
324

Qiorqi Vaşadze: "Rus qanununun qəbuluna maksimum müqavimət göstərəcəyik və qalib gələcəyik"

"Rus qanununun qəbuluna maksimum müqavimət göstərəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə “Ağmaşenebeli Strategiyası”nın lideri Qiorqi Vaşadze bildirib.

Onun sözlərinə görə, hər şeyi edəcəklər və mübarizə aparacaqlar ki, parlament “Xalqın gücü”nün təşəbbüsü ilə irəli sürülən qanun layihəsini qəbul etməsin.

“Bizim bir-birimizlə tam koordinasiyamız var. Görürsünüz ki, komitə iclasları xüsusi təyinatlıların köməyi ilə keçirilir. Gürcüstanın parlament tarixi, Gürcüstanın müstəqillik tarixi hakimiyyətin bu qədər zorakılıq etdiyi başqa bir məqam xatırlamır. Biz ictimaiyyətə göstəririk ki, biz rus qanununun qəbuluna qəti və maksimal şəkildə qarşı çıxacağıq. Bizim vəzifəmiz odur ki, istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bütün Gürcüstan və dünya görsün ki, bu gün Gürcüstan hakimiyyəti adlanan nəhəng düşmənlə necə mübarizə aparırıq. Biz tamamilə hər yerdə problem yaradacağıq. Bu gün çox önəmlidir, bu gün önəmlidir ki, cəmiyyət “Gürcü Arzusu” şəklində əslində rus gücü ilə məşğul olduğumuzu görsün. Görürsünüz ki, üzləri yoxdur, ehtiyat edirlər, qorxurlar.

Biz hər dəqiqə, hər saniyə, hər vəziyyətdə vuruşacağıq. Bu gün hər yerdə bu qanunun müzakirəsi olsa, biz hər yerdə iştirak edəcəyik və hər yerdə insanlara onların qorxaq, rus simasını göstərəcəyik. Gürcüstanın bütün vətəndaşları bu insanlara öz hökmünü yazmalıdır. Mən bilirəm ki, bu deputatların bir çoxunun ailə üzvləri ilə onsuz da problemləri var, onların ailə üzvləri anti-gürcü hərəkətlərinə görə bir-biri ilə üz-üzə gəlirlər. Gürcüstanın yaxın tarixinə onlar Filipe Maxaradze və Serqo Orconikidze kimi qeyd olunacaqlar. Bunun bu nöqtəyə gətirilməsinə təəssüf edirəm. Biz mütləq qalib gələcəyik, çünki güc bizə tərəfdir və biz çoxluğuq”, - Qiorqi Vaşadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər