Polis Tbilisi və bölgələrdə əməliyyat keçirdi - 10 nəfər saxlanıldı
DİN əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisi və bölgələrdə qanunsuz olaraq odlu silah-sursat götürülüb, 10 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tbilisi Polis Departamentinin Baş İstintaq və Baş Dedektivlər Bölməsinin əməkdaşları 1961-ci il təvəllüdlü Q.X.-ni Tbilisidə saxlayıblar. Məlumatda qeyd olunduğuna görə, hakimin hökmü əsasında aparılan axtarış nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən maddi sübut kimi avtomat odlu silah götürülüb.
1979-cu il təvəllüdlü R.S. Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah və döyüş sursatlarının alınması, saxlanması və gəzdirilməsi ittihamı ilə saxlanılıb, polis sübut kimi avtomatik odlu silah, ağızlıq və 16 patron götürüb.
Patrul Polis Şöbəsinin əməkdaşları T.M.-ni Tbilisidə saxlayıblar. Saxlanılan şəxsin üzərində axtarış zamanı polis maddi sübut kimi odlu silahlar, ağızlıqlar və patronlar götürüb.
Acarıstan Polis Departamentinin Xelvaçauri Rayon Şöbəsinin əməkdaşları 2 nəfəri saxlayıblar: 1986-cı il təvəllüdlü Z.Ğ. və 1968-ci il təvəllüdlü S. B. Onlar müxtəlif vaxtlarda saxlanılıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları Z.Ğ.-nin üzərində şəxsi yoxlama nəticəsində maddi sübut kimi odlu silah və patron götürüblər.
S.B.-yə gəlincə, polis onun evinə baxış nəticəsində maddi sübut kimi karabin, ov tüfəngi, ağızlıq, patron götürüb. Həmçinin Acarıstan Polis Departamentinin əməkdaşları əvvəllər dəfələrlə məhkum olunmuş 1991-ci il təvəllüdlü L.K.-nı saxlayıblar. Polis onun yaşadığı ünvanda apardığı axtarış nəticəsində maddi sübut kimi odlu tapança, ağızlıq və patronları götürüb.
1986-cı il təvəllüdlü Q.O. və 1953-ce il təvəllüdlü S.C. müxtəlif vaxtlarda Acarıstan Polis Departamentinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaq faktı üzrə ifşa edilib.
Onların evlərinə baxış nəticəsində maddi sübut kimi 2 ədəd odlu silah, ağızlıq və 12 ədəd patron aşkar edilərək götürülüb.
Həmçinin, Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli, Quriya, Sameqrelo Zemo-Svaneti və Mtsxeta-Mtianeti polis idarələri də fərdi şəxsdən qanunsuz odlu silah-sursat götürüblər.
1992-ci il təvəllüdlü R.X. Kvemo Kartli Polis Departamentinin Dmanisi Rayon Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış nəticəsində polis əməkdaşları tərəfindən sübut kimi qanunsuz avtomat odlu silah götürülüb.
Quriya Polis Departamentinin əməkdaşları əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Q.D.-ni saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin evinə baxış zamanı oradan odlu silah, ağızlıq və 3 ədəd patron götürüblər.
Sameqrelo Zemo-Svaneti Polis Departamentinin Çxorotsku Rayon Bölməsinin əməkdaşları tərəfindən 1963-cü il təvəllüdlü T.S. saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları T.S.-nin yaşadığı ünvanda və yardımçı tikililərdə apardıqları axtarışlar nəticəsində maddi sübut kimi tapança və tüfəng götürüblər.
1955-ci il təvəllüdlü M.Z. qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaq faktı üzrə Mtsxeta-Mtianeti Polis Departamentinin Duşeti Rayon Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin evinə baxış zamanı maddi sübut kimi 1 ədəd “Naqan” markalı odlu silah və 7 ədəd patron götürüblər.
Həmin idarənin Mtsxeta Rayon Bölməsinin əməkdaşları tərəfindən odlu silah və döyüş sursatlarının qanunsuz alınması-saxlanması və satılması faktları üzrə 2 nəfər barəsində cinayət işi başlanıb. 1971-ci il təvəllüdlü T.C. qanunsuz olaraq odlu silah əldə etmək və saxlamaqda, 1981-ci il təvəllüdlü İ.C. qanunsuz olaraq odlu silah satmaqda ittiham olunur.
Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi, habelə satılması ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 1-ci, 3-cü, 4-cü və 5-ci hissələrinə uyğun olaraq aparılır.
Cinayətlərə görə 3 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


