"Lelo" deputatı: "Yeganə düzgün həll yolu Mixeil Saakaşvilinin tibbi məqsədlər üçün xaricə transfer edilməsidir"
"Belə genişmiqyaslı demarş onun göstəricisidir ki, hakimiyyətin mövqeyi özünü gücləndirə bilmir, ona heç kim inanmır - hakimiyyətin məqsədi siyasi vendettadır".
InterPress.ge xəbər verir, Aİ-yə üzv ölkələrin Mixeil Saakaşvili ilə bağlı demarşına Lelo deputatı Ana Natsvlişvili belə cavab verib.
Onun sözlərinə görə, yeganə düzgün həll yolu Mixeil Saakaşvilinin tibbi məqsədlər üçün xaricə transfer edilməsidir.
“Belə görünməmiş demarş xatırlamıram. Bəlkə də daha uzun yaddaşlı siyasətçilər və ya analitiklər xatırlayacaqlar. Belə genişmiqyaslı demarş bir daha onun göstəricisidir ki, hakimiyyətin mövqeyi özünü gücləndirə bilmir. Atılacaq addımları uzun müddətdir ki, “Lelo” hakimiyyətə və cəmiyyətə təklif edib, bizim mövqeyimiz dəyişmir və danışdığımız yeganə düzgün həll yolu, azadlığa buraxılması deyil, müalicə üçün xaricə köçürülməsidir, hakimiyyət bunu etmək istəmir və bu onu sübut edir ki, onun məqsədi ədaləti həyata keçirmək deyil, məqsədi siyasi vendettadır”, - Natsvlişvili bildirib.


