Parlamentdə deputatlar arasında qarşıdurma yarandı
“Müdafiə Məcəlləsi”nin müzakirə olunduğu İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası və Təhsil və Elm komitələrinin birgə iclasında deputatlar qarşı-qarşıya gəlib.
InterPress.ge xəbər verir ki, münaqişə “Qirçi”nin nümayəndəsi Sandro Rakviaşvilinin məcburi hərbi xidmətdən keçməyi köləlik adlandırmasından sonra başlayıb.
Komitənin rəhbəri Mixeil Sarcveladze bunu cavablandırıb.
“İndi hərbi xidmətdə olan insanlara qul deməyin. İnsanları təhqir etməkdən çəkinin. Həmkarlarım Finlandiyadan danışanda orda buna hərbi çağırış, Gürcüstanda isə köləlik deyirlər. Hərbi xidməti vicdanla keçən və təklif etdiyiniz xidmətin istifadəçisi olmayanları qul adlandırmaq düzgün deyil”, - Sarcveladze bildirib.
Mübahisəyə “Qirçi” üzvlərini tənqid edən “Hüquq və Ədalət”in lideri Tamar Çarkviani də qoşulub.


