27 
Fev
2023
11:17
1429

Mixeil Saakaşvilinin vəziyyəti kritik həddə yaxınlaşır

Xalq Müdafiəçiləri Şurası Gürcüstanın üçüncü prezidenti ilə bağlı daha bir nəticə hazırlayıb. 

InterPress.ge xəbər verir ki, konsiliumun həkimləri yeni hesabatda Saakaşvilinin səhhətində gözlənilən fəsadlar və mümkün ölümcül nəticə barədə yazır.

Sənəddə "Vivamed" klinikasının həkimləri tərəfindən təsdiqlənən yeni "kaxeksiya" qeydi meydana çıxdı.

“Bu nəticədə, əlbəttə ki, vəziyyəti təsvir edəcəyik, gözlənilən fəsadlar barədə daha çox danışılacaq, çünki Mixeil Saakaşvilinin vəziyyəti kritik həddə yaxınlaşır, vəziyyəti kifayət qədər ağırdır, o, çəkisi yenəd də azalır , əzələ  kütləsi tamamilə yoxa çıxır, sümükləri əriməyə başlayıb ki, buda  sarkopeniya adlanır, hansı ki,  bu əvvəllər müşahidə olunmurdu”, -Qiorqi Qriqolia deyir.

 Qeyd edək ki, Mixeil Saakaşvilinin vəkilləri Apellyasiya Məhkəməsində iclasın təyin olunmasını gözləyirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər