24 
Fev
2023
20:35
354

Tbilisidə Ukraynaya həmrəylik aksiyası başlayıb

Tbilisidə, parlamentin yaxınlığında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümü ilə əlaqədar “Bura Gürcüstandır – Qəhrəmanlara eşq olsun” adlı Ukrayna həmrəyliyi mitinqi başlayıb.

InterPress.ge xəbər verir ki, Rustaveli prospektində Gürcüstan vətəndaşları, siyasi partiyaların nümayəndələri, vətəndaş cəmiyyətinin və müxtəlif peşə sahiblərinin nümayəndələri, Gürcüstanda yaşayan ukraynalılar toplaşıb.

Vətəndaşların bir hissəsi əvvəlcə metronun Rustaveli stansiyasının yaxınlığında toplaşaraq parlament qarşısında Ukrayna həmrəyliyi aksiyasına qatılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub. Rustaveli prospektində yol bağlanıb.

Paytaxtla yanaşı, vətəndaşlar həmrəylik nümayiş etdirmək üçün Batumi və Kutaisiyə də toplaşırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər