Marneulidə müasir standartlara cavab verən stadion tikilir - FOTO
Marneulidə müasir standartlara cavab verən stadion tikilir.
InterPress.ge xəbər verir ki, Marneuli Munisipalitetinin Sakrebulo sədri Amiran Qiorqadze, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Giorgi Doxturişvili, Gürcüstan parlamentinin üzvü, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı, Marneuli Munisipalitetinin meri Kənan Ömərov, Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondunun icraçı direktorunun birinci müavini Giorgi Tsibadze və yerli özünüidarəetmənin nümayəndələri stadionun tikintisi prosesi ilə yerindəcə tanış olublar.
Layihəyə əsasən, soyunub-geyinmə otaqları, tualetlər və digər təsərrüfat anbarları təşkil olunacaq. Həmçinin əsas stadionun işıqlandırma, səs və yanğın sistemləri quraşdırılacaq, televiziya reportajları üçün xüsusi yerlər təşkil olunacaq. Stadion əlillər üçün tamamilə uyğunlaşdırılacaq.
Arena 2000 tamaşaçı üçün nəzərdə tutulub.
Layihəni Gürcüstan hökumətinin maliyyələşdirməsi ilə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu həyata keçirir, onun dəyəri 8,1 milyon laridir.




