23 
Fev
2023
10:13
321

İrakli Ğaribaşvili Türkiyə Respublikasına yola düşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Türkiyə Respublikasına yola düşüb.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Onların məlumatına görə, səfər çərçivəsində İrakli Ğaribaşvili ilə Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş planlaşdırılır.

Hökumət başçısı zəlzələdən zərər çəkmiş Hatay vilayətinin Antakya şəhərinə səfər edəcək.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə daxili işlər naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze və Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mğebrişvili daxildir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər