23 
Fev
2023
09:04
1213

Bu həftənin sonuna qədər yanacaq 10 tetri ucuzlaşacaq

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin sözlərinə görə, həftənin sonuna qədər yanacaq daha 10 tetri ucuzlaşacaq.

InterPress.ge xəbər verir ki, o, bu barədə “Rustavi2”nin efirində bildirib.

Onun sözlərinə görə, təxminən bir aydan sonra Euro Regular-ın qiyməti 2 lari həddində olacaq.

"Qiymətlər hər həftə ucuzlaşacaq. Bu həftənin sonunda yanacağın daha 10 tetri ucuzlaşacağını gözləyirik. Müxtəlif vaxtlarda gətirilən ləvazimatlar fərqli qiymətlərə malikdir və bu, əlbəttə ki, tədricən öz əksini tapır. 1 ay ərzində qiymətin 2 lari civarında olacağını düşünürük.

Beynəlxalq bazarlarda qiymətlər azalmağa davam edərsə və idxalçılarımız daha ucuz yanacaq idxal etmək imkanı əldə edərsə, qiymətlər azalmağa davam edə bilər", - Davitaşvili bildirib

 

.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər