22 
Fev
2023
13:13
286

Avronest Parlament Assambleyası Gürcüstan, Ukrayna və Moldovanın Aİ- yə daxil olmasını dəstəkləyən qətnamə qəbul edib

Avronest Parlament Assambleyası Kişinyovda keçirilən sessiyada “Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyünün dəstəklənməsi haqqında” qətnamə qəbul edib.

InterPress.ge xəbər verir ki,  bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Assambleya 23 iyun 2022-ci il tarixində Avropa Komissiyasının Aİ-yə namizəd ölkə statusunun Ukrayna və Moldovaya verilməsi ilə bağlı qəbul etdiyi tarixi qərarı alqışlayır və hər üç ölkənin Aİ-nin genişlənmə siyasətinin bir hissəsi olduğunu vurğulayır.

Avronest Parlamenti Rusiya Federasiyasını Ukraynadakı hərbi əməliyyatlarını dərhal dayandırmağa və Avropa təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünə hörmət etməyə çağırır.

“Bu gün Şərq Tərəfdaşlığı regionunda yeni reallıq var. Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqına daxil olmaq perspektivi var və hər üç ölkənin Avropa Birliyinə daxil olması üçün effektiv addımların atılması vacibdir. Məhz buna görə də Parlament Assambleyası bu prosesi və Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqına daxil olmasını açıq şəkildə dəstəkləməlidir”, - Avropa İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili qətnamə layihəsini təqdim edərkən bildirib.

Avronest Parlament Assambleyası Gürcüstan, Ukrayna və Moldova Respublikasının Avropa İttifaqının ümumi təhlükəsizliyi və rifahına verdiyi töhfəni tanıyır və sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün hər üç ölkənin Avropa İttifaqına inteqrasiyasının vacibliyini vurğulayır. Avropa İttifaqına üzv dövlətləri Aİ-nin genişlənmə prosesinə təkan verməyə və bu məqsədlə konkret addımlar atmağa çağırır.
Qeyd edək ki, Avronest Parlament Assambleyası 2023-cü il fevralın 19-21-də Kişinyovda keçirilib və burada Avropa Parlamentinin üzvləri ilə yanaşı Azərbaycan, Moldova, Gürcüstan, Ermənistan və Ukrayna parlamentlərinin üzvləri də iştirak ediblər.

Assambleyanın işində Gürcüstan parlamentindən nümayəndə heyətinin rəhbəri Maka Boçorişvili, deputatlar - Mixeil Sarjveladze, Maya Bitadze, Levan Karumidze, Giorgi Xelaşvili və Giorgi Vaşadze iştirak ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər