Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Vaxtanq Qomelauri: "Tbilisidə "polis şəhəri" salınacaq və..."

504
Vaxtanq Qomelauri: "Tbilisidə "polis şəhəri" salınacaq və..."
Dinləmək üçün basın

Tbilisidə “Polis şəhəri” tikiləcək və 1000-ə qədər polis əməkdaşı mənzil alacaq. Bu, bizim polislər üçün mühüm stimul olacaq.

Tbilisidə “Polis şəhəri” tikiləcək və 1000-ə qədər polis əməkdaşı mənzil alacaq. Bu, bizim polislər üçün mühüm stimul olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Vaxtanq Qomelauri “Nazir saatı”nda çıxışı zamanı bu barədə məlumat verib. 

Onun sözlərinə görə, dövlət tərəfindən polis işçilərinin həyat şəraitinin yaxşılaşdırılması üçün onlara müvafiq şəraitin yaradılması, eləcə də onlara daha çox motivasiya və stimul verilməsi çox vacibdir.

Bundan əlavə, nazirin qeyd etdiyinə görə, 2022-2023-cü illərdə nazirlik işçilərinin maaşları ümumilikdə 30 faiz artırılıb.

“2022-ci il yanvarın 1-dən polis əməkdaşlarımızın, patrul inspektorlarımızın, sərhədçilərin, yanğınsöndürənlərimizin və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarının maaşları 10% artırılıb. 2023-cü ildən başlayaraq bütün digər dövlət sektorunda çalışan işçilər kimi tam ştatlı işçilərin əmək haqqı 20%, digər işçilərin əmək haqqı isə 10% artıb. 2022-2023-cü illərdə nazirlik işçilərinin maaşları bütövlükdə 30% artıb.

Həmçinin, Baş nazirin təşəbbüsündən danışmaq istərdim ki, ona əsasən çox mühüm layihə olan “Polis şəhəri”nin tikintisi ilə bağlı işlərə başlanılıb.

Bildiyiniz kimi, bu “şəhər” Tbilisidə, Politkovskaya küçəsində salınacaq və birinci mərhələdə 1000-ə yaxın polis mənzil alacaq. Təbii ki, bu, polislərimiz üçün mühüm stimul olacaq”, - Vaxtanq Qomelauri bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →