Vaxtanq Qomelauri: "Alınacaq helikopterlər polis, nəqliyyat, axtarış-xilasetmə əməliyyatlarını yerinə yetirə biləcək"
Qürurla qeyd etmək istərdim ki, Gürcüstan hökuməti ilə koordinasiya nəticəsində Fransanın “Airbus Helicopters” şirkəti ilə 3 yeni helikopterin alınmasına dair saziş artıq imzalanıb.
InterPress.ge xəbər verir ki, bu barədə daxili işlər naziri Vaxtanq Qomelauri Parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, nazirliyin alacağı helikopterlər çoxfunksiyalıdır və polis, nəqliyyat, axtarış-xilasetmə əməliyyatlarını yerinə yetirə bilir.
“Sərhəd polisinin gücləndirilməsi təkcə aviasiya istiqamətində deyil, sahil mühafizəsi istiqamətində də davam edir. Qeyd edək ki, ötən il beynəlxalq tərəfdaşların köməyi ilə Sərhəd Polisinin Sahil Mühafizəsinə müasir texnologiyalarla təchiz edilmiş “Müdafiəçi” tipli 4 ədəd sürətli kiçik patrul kateri əlavə edilib. Onu da qeyd edim ki, 2023-cü ildə sərhəd sektorlarının infrastrukturunun inkişafı planlaşdırılır”, - deyə daxili işlər naziri bildirib.


