21 
Fev
2023
14:43
420

Vladimir Putin: "Rusiyanı döyüş meydanında məğlub etmək olmaz"

"Biz Ukrayna xalqı ilə döyüşmürük, onlar özləri Kiyev rejiminin girovuna çevriliblər”.

InterPress.ge xəbər verir ki, bu səzləri Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, heç kim insanları düşünmürdü.

“Onlar sadəcə istehlak materialına çevrildilər. Kədərlidir, amma bu faktdır və bunun məsuliyyəti Kiyev və Qərb elitalarının üzərinə düşür.

Bir şərt hamıya aydın olmalıdır - Ukraynaya nə qədər çox uzaqmənzilli sistemlər verilirsə, biz təhlükəni sərhədlərimizdən bir o qədər sıxışdırmağa məcbur olacağıq.

Qərb yerli münaqişəni qlobal qarşıdurmaya çevirməyi hədəfləyir. Biz bunu belə başa düşürük və buna uyğun cavab verəcəyik”, - Putin bildirib.

Lakin Putinin qeyd edib ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.

“Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil, ona görə də onlar getdikcə daha aqressiv informasiya hücumu həyata keçirirlər. Onlar daim yalan danışırlar, mədəniyyətimizə, Rus Pravoslav Kilsəsinə hücumdan əl çəkmirlər”, - Putin bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər