Şalva Papuaşvili: "Bir qrup deputat Gürcüstana qəsdən zərər vurmağa çalışır – onlar Gürcüstanın yox, Saakaşvilinin dostudurlar"
"Avropa Parlamentinin qətnamələri Gürcüstana qarşı dezinformasiya və hücum mənbəyinə çevrilib, bu, çox üzücüdür”.
InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ilə bağlı danışarkən deyib.
Papuaşvili qeyd edib ki, belə təəssürat qalır ki, bir qrup avropalı parlamentari Mixeil Saakaşvilini həbsdən azad etmək üçün Gürcüstana qəsdən zərər vurmağa çalışır, bu isə o deməkdir ki, onlar Gürcüstanın deyil, Saakaşvilinin dostudurlar və ölkəmizin gələcəyini bu bir nəfərin öhdəsinı buraxırlar.
Onun öz açıqlamasına görə, Avropa Parlamentinin qətnaməsində çoxlu qeyri-dəqiqliklər var və bir çox proseslər qərəzsiz qiymətləndirilir.
“ Bu kədərlidir, amma reallıqdır - Avropa Parlamentinin qətnamələri dezinformasiya mənbəyinə çevrilib. Əvvəlki qətnamələrdə çoxlu səhvlər və qeyri-dəqiqliklər olub. Bu qətnamənin elə ilk cümləsində sanki Saakaşvili vətənindən sürgün edilib. Ancaq hamı bilir ki, o, əslində qaçıb. Təkcə gürcülər deyil, ədalət də onu təqsirli bilib. Girqvlianinin işində Strasburq məhkəməsi Saakaşvilini təqsirli bilib, Gürcüstan məhkəməsi də ona hökm çıxarıb. Hazırda daha üç işin icraatındadır. Bütün dünya Saakaşvilinin süd mıhsullari konteynerində oturaraq Gürcüstana gizlicə girməsinin görüntülərini gördü. Bunu bilən yalnız biz deyilik?! Bundan sonra ədalətdən qaçaraq Gürcüstana qeyri-qanuni daxil olan və bunu vətənə qayıtmaq adlandıran şəxsə köçkün adı verilməsi kinsizlikdir. Məndə belə təəssürat yaranır ki, bir qrup deputat Saakaşvilini həbsdən azad etmək üçün məqsədli şəkildə Gürcüstana zərər vurmağa çalışır, bu isə o deməkdir ki, onlar Gürcüstanın yox, Saakaşvilinin dostudurlar və ölkəmizin gələcəyini bu bir nəfərin öhdəsinə buraxa bilərlər"- deyə Papuaşvili bildirib.


