Marneulidən Türkiyəyə növbəti humanitar yardım göndərildi-FOTO
Marneulidən Türkiyənin zəlzələnin baş verdiyi şəhərlərində dağıntılar altından xilas edilən insanlar üçün yardım kampaniyası davam edir.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin Marneuli və Qardabani üzrə millət vəkili Zaur Darğallı öz rəsmi Facebook səhifəsində qeyd edib.
Millət vəkilinin qeyd etdiyinə görə, bu gün yardım kampaniyası çərçivəsində Qızılhacılı kəndindən ikinci tır Türkiyəyə yola düşdü.
"Bu gün Marneulidən Türkiyəyə humanitar yardım üçün yüklənmiş ikinci yük daşıyıcısını yola saldıq.
Əziz dostlar, bir çox insanın dəstəyiylə, önəmli ilkin tələbat mallarını toplamağa nail olduq.
Xeyriyyə tədbirində iştirakınıza və dəstəyinizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm",-Zaur Darğallı qeyd edib.







