19 
Fev
2023
15:49
234

İlham Əliyev: "Biz Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işləyirik"

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Ermənistan və Azərbaycan sülh sazişi üzərində işləyirlər.

InterPress.ge xəbər verir ki, bu barədə Əliyev fevralın 18-də Cənubi Qafqazın təhlükəsizliyi və çağırışlarına dair müzakirələrin keçirildiyi Münhen Təhlükəsizlik Konfransında bildirib.

"Bilirsiniz ki, bizdə təxminən iki il bundan əvvəl 44 gün davam edən müharibə olub və biz müharibənin nə olduğunu, insanlara nə ümidsizlik və iztirablar gətirdiyini çox gözəl bilirik. Ona görə də təbii ki, Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Məncə, Azərbaycan və Ermənistan çoxdankı nifrət və düşmənçiliyə son qoymalıdır.Biz indi Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işləyirik.İnşallah gec-tez bunu başa çatdıracağıq.Düşünürəm ki, bu, dövlətlərin necə yaşadıqlarına yaxşı nümunə olacaq. Ciddi tarixi fikir ayrılıqları danışıqlar masası arxasına əyləşə və münasibətləri yeni səhifədən davam etdirə bilər”, -  İlham Əliyev bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər