11 
Fev
2023
15:52
299

İrakli Qaribaşvili: "İnsanlar hər gün bu radikal-ekstremist partiyanın əslində komik təşkilata çevrildiyini görür"

“Düşünürəm ki, xalqımız  hər gün bu radikal-ekstremist partiyanın əslində komik təşkilata çevrildiyini görür”.

InterPress.ge xəbər verir ki, bu sözləri  Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində bildirib.

Qaribaşvilinin sözlərinə görə, onu “Milli Hərəkat”ın planlaşdırdığı aksiyalar və onların “mənasız bəyanatları” maraqlandırmır.

“Onlar yeni sədr seçdilər, onların bütün bu zəif cəhdləri bir daha göstərir ki, bu, tamamilə iflasa uğramış, nüfuzdan düşmüş və marginallaşmış radikal qüvvədir. Təbii ki, məni nə onların hərəkətləri, nə də mənasız açıqlamaları maraqlandırmır. Biz əsas iş görməliyik - ölkəmizə, xalqımıza xidmət etməliyik, ancaq xalqımıza lazım olanı etməliyik. Deməli, onların nə planlaşdırdıqları məni maraqlandırmır, mənim üçün əsas odur ki, ölkəmizin üzləşdiyi bütün problemlər, hələ də həll olunmamış çoxlu məsələlər var, gəlin bütün bu məsələləri həll edək və indikindən də daha güclü ölkə olaq”, - Qaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər