10 
Fev
2023
22:19
297

İctimai istifadə üçün nəzərdə tutulmuş obyektin zədələnməsinə-dağıdılmasına görə inzibati məsuliyyət nəzərdə tutula bilər

İctimai istifadə üçün nəzərdə tutulmuş obyektin zədələnməsinə-dağıdılmasına görə inzibati məsuliyyət nəzərdə tutula bilər.

InterPress.ge xəbər verir ki, “İnzibati Xətalar Məcəlləsinə” xüsusi maddə əlavə edilir.

Maddəyə əsasən meydanda, yolda yerləşən infrastrukturu, inventarları, ümumi istifadə üçün nəzərdə tutulmuş digər obyektləri, o cümlədən yol nişanlarını, işıqforları, açıq hava müşahidə kameralarını qəsdən zədələmə və ya məhv etmə, park, meydan, yeraltı keçid, eləcə də ictimai nəqliyyat, ictimai nəqliyyatda inventarın qəsdən zədələnməsi və ya məhv edilməsi 300 lari məbləğində cərimə ilə nəticələnəcək.

Eyni hərəkətin təkrarlanması 500 lari məbləğində cərimə və ya 5 günə qədər inzibati həbslə nəticələnəcək.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bələdiyyə və ya dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi yalnız zədələnmiş və ya məhv edilmiş əşyanın dəyəri 150 laridən artıq olduqda məsuliyyət yaradır. Zədələnmiş və ya məhv edilmiş əşyanın dəyəri 150 laridən artıq olmadıqda, şəxs məsuliyyət daşımır.

Parlamentin Bürosunun növbəti iclasında təqdim olunacaq “İnzibati Xətalar Məcəlləsi”nə dəyişiklikləri “Gürcü arzusu”nun deputatları hazırlayıb. Təşəbbüskarların sözlərinə görə, son dövrlərdə müxtəlif şəxslərin ictimai istifadə üçün nəzərdə tutulmuş obyektlərə qəsdən zərər vurması hallarının sayı artıb.

“Tez-tez baş verən hallara görə həm bələdiyyələrin, həm də dövlətin əmlakına xeyli ziyan dəyir. Ona görə də yuxarıda qeyd olunan məbləğdə ziyan vurmayan, ictimai istifadə üçün nəzərdə tutulan obyektin qəsdən zədələnməsi və ya məhv edilməsi kimi vandalizm halı lazımi cavabsız qalır”, - deyə təşəbbüs müəllifləri bildirirlər.

"İnzibati Xətalar Məcəlləsi"nə dəyişikliklərin təşəbbüskarları parlamentin üzvləridir: - Anri Oxanaşvili, Davit Matikaşvili, İrakli Şatakişvili, Rati İonatamişvili, Quram Maçaraşvili, Aluda Ğuduşauri, Aleksandre Tabatadze, İrakli Zarkovani, Berakli Davkui , Giorgi Amilaxvari, Mixeil Sarcveladze və Nino İobaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər