09 
Fev
2023
15:47
405

İrakli Karseladze: "Biz Türkiyənin yanındayıq və həmişə də olacağıq"

"Biz Türkiyənin yanındayıq və hər zaman da yanında olacağıq". 

 InterPress.ge xəbər verir ki, bu sözləri  regional inkişaf və infrastruktur naziri İrakli Karseladze Türkiyə Respublikasının Gürcüstandakı səfirliyində olarkən deyib.

Nazir faciə ilə bağlı Türkiyə Respublikasına başsağlığı verib.

“Qardaş Türkiyənin hazırda yaşadığı ağrıları sözlə ifadə etmək mümkün deyil. Bu böyük faciə ilə əlaqədar onlara başsağlığı veririk. Arzu edirik ki, hazırda həyata keçirilən tədbirlər nəticəsində daha çox insan xilas ola bilsin. Xilasedicilərimiz qabaqdadır. Səfirin mənə dediyi kimi, onlar artıq iki nəfərin həyatını xilas edə biliblər. Bu, hamımızın bir olduğumuz zamandır, bütün xilasedicilər birlikdə çalışır. Biz Türkiyənin yanındayıq və hər zaman da yanında olacağıq. Onlara sülh arzulayıram. Baş nazir İrakli Qaribaşvilinin qərarına əsasən, ehtiyaclara dərhal reaksiya verilir. Belə olan halda başqa cür etmək mümkün deyil”, - deyə Karseladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər