Rusiyanın Londondakı səfirliyi Böyük Britaniya ilə bağlı bəyanat yayıb
"Böyük Britaniya Ukraynaya qırıcı təyyarələr verərsə, bunun Avropa qitəsi və bütün dünya üçün nəticələri olacaq"
InterPress.ge Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi bəyanat verib.
“Londona xatırlatmaq istərdik: belə bir ssenaridə növbəti eskalasiyanın “qanlı məhsulu” onun vicdanında olacaq, həmçinin bunun Avropa qitəsi və bütün dünya üçün hərbi-siyasi nəticələri olacaq”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, fevralın 8-də Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyaya rəsmi səfərə gəlib. Böyük Britaniyanın baş naziri Zelenski ilə keçirdiyi brifinqdə döyüş təyyarələrinin Ukraynaya ötürülməsi ehtimalını gündəmə gətirib və bununla bağlı müzakirələrin aparıldığını bildirib.


