09 
Fev
2023
12:20
409

İrakli Qaribaşvili Xorvatiyanın xarici və Avropa işləri naziri ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Xorvatiyanın xarici işlər və Avropa işləri naziri Qordan Radmanla görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Hökümət administrasiyası məlumat verib.

Məlumata görə, tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın əsas istiqamətlərini nəzərdən keçirib və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

"Söhbətdə Gürcüstanın Avrointeqrasiya yolunda əldə etdiyi mühüm irəliləyişlərə toxunulub. Gürcüstanın milli qanunvericilik bazasının Avropa İttifaqı qanunvericiliyinə uyğunluğu ilə bağlı Avropa Komissiyasının dərc etdiyi hesabatın əhəmiyyəti vurğulanıb. Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusuna layiqdir və bunu Avropa Komissiyasının hesabatı bir daha təsdiqləyib.

Baş nazir Xorvatiyanın xarici və Avropa işləri nazirinə Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və Avropaya inteqrasiyasına göstərdiyi davamlı dəstəyə görə təşəkkür edib.

"Hökumət administrasiyasında keçirilən görüşdə Xorvatiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç, xarici işlər naziri İliya Darçiaşvili və Gürcüstanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Zaal Qoqsadze iştirak ediblər", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər