09 
Fev
2023
12:12
336

Türkiyənin səfiri : "Qardaş Gürcüstan kömək istəyinə ilk cavab verənlərdən biri oldu"

"Gürcüstan Türkiyənin yardım istəyinə ilk cavab verənlərdən biri olub və axtarış-xilasetmə qrupları təşkil edib"

InterPress.ge xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay bildirib.

“Qonşumuz, köhnə dostumuz, strateji tərəfdaşımız, qardaş Gürcüstan bizim kömək istəyimizə ilk cavab verənlərdən biri oldu. Zəlzələ baş verən həmin gün bir neçə saat ərzində Gürcüstan Fövqəladə Hallar Xidməti axtarış-xilasetmə qrupları təşkil edib. Mənə verilən məlumata görə, onlar artıq bir nəfəri, 21 yaşlı gənc qadını xilas ediblər və onların orada olması Adıyamanda insanlar üçün bir ümid işığıdır”, - deyə Türkiyə səfiri bildirib.

Qeyd edək ki, son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 12 391 nəfər ölüb. Bundan əlavə, 3 Gürcüstan vətəndaşının ölümü rəsmi olaraq təsdiqlənib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər