Marneuli, Bolnisi , Ağbulaq və Dmanisinin kəndlərində yeni məktəblər tikiləcək
Kvemo Kartlinin müxtəlif bölgələrində 12 yeni məktəb tikiləcək.
InterPress.ge xəbər verir ki, Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyi məktəblərin layihələndirilməsi/tikintisi üçün elektron tender elan edib.
Məlumata görə, məktəblərin tikintisinə 65 000 000 lari ayrılıb.
Məktəblərin tikintisi bu bölgələrdə planlaşdırılır:
1. Bolnisi bələdiyyəsinin Faxralı kəndi - 60 şagird yerlik məktəb - 2 109 378,52 lari ayrılıb.
2. Tetritskaro bələdiyyəsinin Asureti kəndində -120 şagird yerlik məktəb - 4 330 040,03 lari ayrılıb.
3. Tsalki bələdiyyəsinin Sameba kəndində -150 şagird yerlik məktəb - 5 075 773,00 lari ayrılıb
4. Tsalki bələdiyyəsinin Artsivan kəndində -60 şagird yerlik məktəb - 2 199 755,65 lari ayrılıb
5.Marneuli bələdiyyəsinin Axkerpi kəndində - 120 şagird yerlik məktəb - 4 387 487,69 lari ayrılıb.
6. Marneuli bələdiyyəsinin Algeti kəndində -650 şagird yerlik məktəb - 14 953 454,98 lari ayrılıb.
7. Marneuli bələdiyyəsinin Ağməmmədli kəndində -500 şagird yerlik məktəb - 12 381 739,75 lari ayrılıb.
8. İmir/ Marneuli Bələdiyyəsi -90 şagird yerlik məktəb -3 348 588,57 lari ayrılıb.
9. Marneuli bələdiyyəsinin Böyük Bəylər kəndində-120 şagird yerlik məktəb - 4 311 503,67 lari ayrılıb.
10. Dmanisi bələdiyyəsinin Qantiadi kəndində -120 şagird yerlik məktəb - 4 397 444,37 lari ayrılıb.
11. Dmanisi bələdiyyəsinin Yuxarı Oruzman kəndi -200 şagird yerlik məktəb -6 237 922,96 lari ayrılıb.
12. Kiçik Dmanisi kəndində -30 şagird yerlik məktəb - 1 285 875,28 lari ayrılıb.


