Cənubi Koreya zəlzələdən zərər çəkmiş Türkiyəyə axtarış-xilasetmə əməliyyatlarına kömək etmək üçün 50-si hərbçi olmaqla 110 xilasedici göndərir.
InterPress.ge xəbər verir ki, bu barədə KİV məlumat verib.
KİV-in məlumatına görə, rəsmi Seul artıq Ankaraya təcili humanitar yardım üçün 5 milyon dollar vəd edib.
Bundan əlavə, Çin hökumətinin göndərdiyi 82 nəfərlik xilasetmə qrupu artıq Türkiyənin Adana hava limanına gəlib.
Çinin dövlət televiziyası olan CCTV-nin məlumatına görə, çinli xilasedicilər 20 ton tibbi və digər xilasetmə avadanlıqları gətiriblər. Onları həmçinin dörd axtarış-xilasetmə iti müşayiət edir.
