07 
Fev
2023
14:31
376

İrakli Kobaxidze: “Milli Hərəkat”da bir-birini yeyirlər"

“Milli Hərəkat”da bir-birini yeyib, bir-birini tənqid etməyə başlayıblar. Onlar bir yerdə olanda heç bir resursları yox idi, parçalananda isə ümumiyyətlə heç bir resursları yoxdur”.

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze “Milli Hərəkat”ın elan etdiyi aksiyaları belə qiymətləndirib.

Onun sözlərinə görə, radikal müxalifətin təşəbbüslərinin heç biri “Gürcü Arzusu” üçün maraqlı deyil.

“Bizi radikal müxalifətin heç bir təşəbbüsü maraqlandırmır. Onların heç bir resursu yoxdur, əvvəllər belə təşəbbüsləri olub, amma tam uğursuzluqla başa çatıb, indi də uğursuzluqla yekunlaşacaq. Biz “Milli Hərəkat”da gedən prosesləri görürük, bir-birini yeyir, bir-birini tənqid edirlər, bir yerdə olanda resursları yox idi, parçalananda isə ümumiyyətlə, resursları yoxdur”, - Kobaxidze deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər