07 
Fev
2023
12:30
286

Nika Melia: "VMH parlamentdə qalarsa, parlament fəaliyyətinin müvəqqəti dayandırılması effektli ola bilməz"

"Parlament fəaliyyətinin müvəqqəti dayandırılmasının effektli olmayacaq".

InterPress.ge xəbər verir ki, bunu “Milli Hərəkatın” keçmiş sədri Nika Melia deyib.

Onun sözlərinə görə, əgər partiya parlamentdə qalsa, o zaman deputatlar binanın içərisində mübarizə aparmalıdırlar.

Melia deyib ki, boykot rejimi ilə yalnız “Gürcü Arzusu”na komfort yaranacaq.

“Biz reallığı düzgün qavramalıyıq və praqmatik planla hərəkət etməliyik ki, nəticə əldə edə bilək.

Bu halda parlament fəaliyyətinin müvəqqəti dayandırılması effektli ola bilməz.

Partiya parlamentdə qalsa, o zaman deputatlar binanın içində mübarizə aparmalı, diskomfort yaratmalıdırlar.

Partiya parlamenti tərk edirsə, çıxmalıdır, parlamentdən kənardan da mübarizəyə qoşulmalıdır. Boykot rejimində olmaqla biz yalnız hakim partiya üçün rahatlıq yaradırıq”, – Nika Melia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər