Mixeil Saakaşvilinin həlledici məhkəməsi sona çatdı -Hakim Mixeil Saakaşvilini...
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini nə cəzadan azad edib, nə də cəzasını yüngülləşdirib.
InterPress.ge xəbər verir ki, hakim Giorgi Arevadze sözügedən qərarı elan edib. Bununla Arevadze Saakaşvilinin vəkillərinin vəsatətini təmin etməyib.
Hakimin bu qərarı sabiq prezidentin yaxınlarının və tərəfdarlarının narazılığına səbəb olub.
Bu gün keçirilən məhkəmədə tərəflər son söz deyiblər, bundan sonra hakim qərarı elan edib.
Penitensiar xidmətin nümayəndələri Saakaşvilinin vəkillərinin vəsatətini qəbul etməyiblər və vəkil Nika Abramişvilinin dediyinə görə, vəsatət qəbul edilməməlidir.
Abramişvilinin sözlərinə görə, məhkəməyə təqdim edilən hesabatda məhkum Mixail Saakaşvilinin xəstəliyinin şiddəti ilə bağlı etibarlı məlumat verilməyib və bu, cəzanın çəkilməsinin gecikdirilməsi üçün əsas ola bilməz.
Digər tərəfdən, bu gün vəkillər hakimi vəsatətini təmin etməyə və ədalətli qərar çıxarmağa çağırıblar. Şalva Xaçapuridze hakimə xatırladıb ki, üçüncü prezidentin həyatını xilas etmək hakimin əlindədir.
Hüquqşünasların fikrincə, hakim öz qərarı ilə tarixi rol oynaya və böyük barışıq üçün zəmin yarada bilərdi.
Mixil Saakaşvili səhhəti ilə əlaqədar iclasa və ya qərarın elanına hətta uzaqdan da qatılmayıb.
Məlumat üçün bildirək ki, Saakaşvilinin vəkilləri Gürcüstanın keçmiş prezidentinin cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. Hakim Giorgi Arevadze iki aya yaxındır ki, bu vəsatətə baxır.