06 
Fev
2023
17:55
902

Gürcüstandan Türkiyəyə xilasedicilər və müvafiq texnikalar göndərilib

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qərarına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar xilasetmə tədbirlərində iştirak etmək üçün xilasedicilər Türkiyəyə gedib və müvafiq texnika da göndərilib.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi məlumat yayıb.

 Yayılan məlumata görə, dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Gürcüstandan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidmətinin Baş İdarəsinin bazasından 60 nəfər yanğınsöndürən göndərilib. 

“Türkiyəyə yola düşən gürcü yanğınsöndürən və xilasedicilər qrupu zəlzələnin nəticələrinin ləğvi və xilasetmə tədbirlərinin həyata keçirilməsi istiqamətində təlim keçmiş yanğınsöndürənlər və xilasedicilərdən ibarətdir. Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili gürcü yanğınsöndürənlərinin xilasetmə fəaliyyətlərinin əlaqələndirilməsinə şəxsən rəhbərlik edir. Bu gün Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylana nazirlik adından başsağlığı məktubu göndərib və baş vermiş hadisə ilə bağlı kədərini bildirib”,- məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər