"Biz Avropa İttifaqına gedən yolda Ukrayna, Moldova və Gürcüstana dəstəyimizi davam etdirəcəyik".
InterPress.ge xəbər verir ki, Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa komissarı Oliver Varhey bu barədə Twitter-də yazıb.
“Bu gün biz Ukrayna, Moldova və Gürcüstanın Aİ qanunvericiliyinə uyğunluqları ilə bağlı analitik nəticələri dərc etdik ki, bu da 2022-ci ildə dərc etdiyimiz nəticələrə əlavədir.
Biz Avropa İttifaqına gedən yolda Ukrayna, Moldova və Gürcüstanı dəstəkləməyə davam edəcəyik”, - Avropa komissarı yazıb.
