02 
Fev
2023
15:22
394

Parlamentdə Rusiya ilə uçuş məhdudiyyətlərini qüvvədə saxlamağa çağıran qətnamə qeydiyyatdan keçirildi

“Gürcüstan Naminə” partiyası hökuməti Rusiya vətəndaşlarının Gürcüstan ərazisinə nəzarətsiz miqrasiyasını, Rusiya vətəndaşlarının ölkədə vizasız qalma müddətini məhdudlaşdırmağa və uçuş məhdudiyyətlərini qüvvədə saxlamağa çağıran qətnaməni parlamentdə qeydiyyatdan keçirib.

InterPress.ge xəbər verir ki, “Gürcüstan Naminə” partiyasının üzvləri bəyan edirlər ki, Rusiyanın Gürcüstana birbaşa uçuşlar həyata keçirməsi, nəzarətsiz miqrasiya dalğasının artması və artıq Rusiya vətəndaşlarının Gürcüstanda başlatdığı müxtəlif fəaliyyətlər onlara beynəlxalq sanksiyalardan yan keçmək imkanı yaradır və bu, Gürcüstanı Ukraynada davam edən müharibə şəraitində Putin rejimi ilə əməkdaşlığı davam etdirən kiçik, antidemokratik ölkələrdən birinə çevirir.

“Gürcüstan Naminə” partiyası hamını – “Gürcü Arzusu”nu və parlament partiyalarını Gürcüstanın milli maraqlarını qorumaq üçün sözügedən qətnaməni dəstəkləməyə və qoşulmağa çağırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər