Marketa Qreqoreva: "Gürcüstan hakimiyyətini Saakaşvilini həbsdə qoymaqla təkcə siyasi xal qazanmaq haqqında deyil, itirilmiş xallar haqqında da düşünməyə çağırıram"
"Gürcüstan hakimiyyətini Saakaşvilini həbsdə qoymaqla təkcə siyasi xal qazanmaq haqqında deyil, itirilmiş xallar haqqında da düşünməyə çağırıram".
InterPress.ge xəbər verir ki, bu sözləri Çexiyalı deputat Marketa Qreqoreva Mixeil Saakaşvili ilə bağlı Avropa Parlamentində keçirilən debatda deyib.
"Hörmətli həmkarlar və bizi dinləyən gürcülər. Gürcüstan böyük sınaqlarla üz-üzədir. Avropa Komissiyası tezliklə 12 tövsiyəni və hökumətin onları necə yerinə yetirdiyini qiymətləndirəcək. Bəlkə yolun sonunda onları həqiqətən də namizəd statusu gözləyir, amma biz Gürcüstanda hələ də həllini tapmayan problemləri görürük. Biz deoliqarxizasiya istiqamətində səyləri görürük, eyni zamanda Gürcüstan hökumətinin bu qanunun hansı insanlara təsir etməsi ilə bağlı fərziyyələrini də eşidirik ki, bu da belə bir qanunun problemi həll etməyəcəyinə sübutdur. Digər problem həm siyasi spektrin, həm də cəmiyyətin qütbləşməsidir və mən heç bir təkmilləşmə əlaməti görmürəm, əksinə: mübarizə nə qədər uzun sürərsə, bu mübarizə bir o qədər dezinformasiyaya səbəb olur. Hamımızın diqqət yetirmək istədiyimiz budur. Amma Mixeil Saakaşvilinin problemi o qədər əhatəlidir ki, diqqəti başqa şeyə yönəltmək sadəcə olaraq mümkün deyil. Burada konspirasiya nəzəriyyələrinə yer yoxdur. Bizə Milli Assambleyadan maaş verilmir, Saakaşvilidən də rüşvət almırıq. Bəli, mən bunu da eşitmişəm. Bu məsələ bizi kədərləndirir, çünki bu, siyasiləşmiş bir işdir və insanlar həbsxanada ölür. Ona görə də mən Gürcüstan hakimiyyətini Saakaşvilini həbsdə qoymaqla təkcə siyasi xal qazanmaq haqqında deyil, itirilmiş xallar haqqında da düşünməyə çağırıram, çünki bu gün Gürcüstana namizəd statusunun verilməsindən danışmalıyıq"- deyə Marketa Qreqoreva bildirib.


