Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamTornike Çeişvili Konstitusiya Məhkəməsində Navtlugi xüsusi əməliyyatı, Tsindeliani və Kardava işlərini xatırladıbArçil Qorduladzə: “Nika Qvaramiyanın etdikləri onların ölkəyə münasibətidir. Daha necə sübut etməlidirlər ki, qadağan olunmalıdırlar?Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamTornike Çeişvili Konstitusiya Məhkəməsində Navtlugi xüsusi əməliyyatı, Tsindeliani və Kardava işlərini xatırladıbArçil Qorduladzə: “Nika Qvaramiyanın etdikləri onların ölkəyə münasibətidir. Daha necə sübut etməlidirlər ki, qadağan olunmalıdırlar?
TVCANLI

Avropa Parlamentinin deputatı: "Gürcüstan hakimiyyətinə xatırladırıq ki, onlar cənab Saakaşvilinin səhhətinə cavabdehdirlər"

263
Avropa Parlamentinin deputatı: "Gürcüstan hakimiyyətinə xatırladırıq ki, onlar cənab Saakaşvilinin səhhətinə cavabdehdirlər"
Dinləmək üçün basın

"Gürcüstanın da imzaladığı Birləşmiş Millətlər Təşkilatının məhbuslarla rəftarın əsas prinsipləri həbsin lazımi tibbi yardımdan imtina demək olmadığını nəzərdə tutur".

"Gürcüstanın da imzaladığı Birləşmiş Millətlər Təşkilatının məhbuslarla rəftarın əsas prinsipləri həbsin lazımi tibbi yardımdan imtina demək olmadığını nəzərdə tutur".

InterPress.ge xəbər verir ki, bunu Pal Conson Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı müzakirələrin davam etdiyi Avropa Parlamentində çıxışı zamanı deyib:

"İcazə verin, Mixeil Saakaşvilinin səhhəti ilə bağlı bu müzakirəni açaraq xatırladaq ki, Gürcüstanda qanunun aliliyinin gücləndirilməsi xüsusilə bu gün çox vacibdir və əsas müstəqil institutların gücləndirilməsi prioritet olaraq qalmalıdır. Hökumət azadlıqdan məhrum edilmiş insanlarla düzgün davranmağa borcludur. Bura həm fiziki, həm ruhi sağlamlıq, həm də fiziki təhlükəsizlik daxildir. Gürcüstanın da imzaladığı Birləşmiş Millətlər Təşkilatının məhbuslarla rəftarın əsas prinsipləri onu nəzərdə tutur ki, həbs lazımi tibbi yardımdan imtina demək deyil. Hakimiyyət bütün məhbusların sağlamlığına cavabdehdir.
Cənab Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıdandan sonra həbs edilib, 2022-ci ildə isə öz tələbi ilə və səhhətində yaranan problemlərə görə özəl klinikaya köçürülüb. Biz Saakaşvilinin səhhətinin pisləşməsindən narahatıq və bu məsələni Gürcüstan hakimiyyəti qarşısında dəfələrlə, o cümlədən ictimai bəyanatlar vasitəsilə qaldırmışıq. Ali Komissarlar keçən il Gürcüstan-Aİ Assosiasiya Şurasında narahatlığını ifadə etmişdilər. Bundan əlavə, ədliyyə naziri ilə söhbət zamanı Gürcüstanda təmsil olunan Aİ ölkələrinin nümayəndələri də öz narahatçılığını bildiriblər. Bu məsələ Aİ nümayəndə heyətinin səfəri zamanı, Gürcüstan hakimiyyəti ilə danışıqlar zamanı da qaldırılıb. Avropa Parlamentinin mövqeyi dəyişməz olaraq qalır. Gürcüstan hakimiyyətinə bir daha xatırladırıq ki, onlar cənab Saakaşvilinin səhhətinə, eləcə də ədalətli məhkəmə prosesinə cavabdehdirlər. Avropa İttifaqı bu məsələdə Gürcüstana hər cür yardım göstərməyə hazırdır”, - deyə o söyləyib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →