Leksman: "Mixeil Saakaşvilinin həyatı risk altındadır, görürük ki, Gürcüstan hökuməti müvafiq addımlar atmır
Hazırda Avropa Parlamentində Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı müzakirələr gedir.
InterPress.ge xəbər verir ki, Avropa Xalq Partiyasının (EPP) üzvü, Avropa Parlamentinin deputatı Miriam Leksman çıxışında bildirib ki, Gürcüstan hakimiyyətinin Mixeil Saakaşvilinin həyatını xilas etmək üçün müvafiq addımlar atmadığı aydındır.
"Cənab Saakaşvilinin həyatı risk altındadır. Gürcüstan hökumətinin hərəkəti onların bəyan etdiyi dəyərlərinə ziddir və gördüyümüz odur ki, onlar müvafiq addımlar atmırlar. Mən bir daha Gürcüstan hökumətinə müraciət edirəm ki, gecikmədən Mixeil Saakaşvilinin həyatını xilas etmək üçün hər şeyi etsin. Mixeil Saakaşvili həbsxanada ölməməlidir. Onun həbsxanada başına bir iş gələrsə, Gürcüstan hökuməti məsuliyyət daşıyacaq”, - Leksman bildirib.[Sinxron tərcümə]
Məlumat üçün bildirək ki, debat Avropa Parlamentinin deputatı Anna Fotiqanın təşəbbüsü ilə keçirilir. Fevralın 1-də keçirilən görüşdə Fotiqa Gürcüstanın üçüncü prezidentinin vəziyyətinin ağır olması ilə bağlı hər kəsə məlumat verildiyini bildirib. Fotiqanın təklifi deputatların əksəriyyəti tərəfindən dəstəklənib.


