Bu gün Avropa Parlamentində Mixeil Saakaşvili ilə bağlı debat keçiriləcək
Bu gün Avropa Parlamentində Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı debat keçiriləcək.
InterPress.ge xəbər verir ki, debat Avropa Parlamentinin deputatı Anna Fotiqanın təşəbbüsü ilə keçiriləcək.
Fevralın 1-də keçirilən iclasda Fotiqa Gürcüstanın üçüncü prezidentinin ağır durumundan hamının xəbərdar olduğunu və müzakirəyə ehtiyac olduğunu bildirib. Fotiqanin təklifi deputatların əksəriyyəti tərəfindən dəstəklənib.
"Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Tbilisi Şəhər Məhkəməsinə ifadə vermək üçün distant şəkildə qoşulduğu zaman necə göründüyünü hamımız gördük. Biz bir çox sənədlər aldıq və Gürcüstan hakimiyyətinə müraciət etdi ki, Saakaşvilini humanitar əsaslarla azad etsin ki, xaricə gedə bilsin və müvafiq müalicə olunsun.
Onun səhhətinin pis olması dünya şöhrətli nevropatoloqlar tərəfindən təsdiqlənib. Bundan başqa, dərman preparatlarının düzgün qəbul edilməməsi faktları da aşkarlanıb. Ona görə də xahiş edirəm, xahişimizi qəbul edib bu müzakirəni keçirəsiniz. Biz bu məsələni səsverməyə çıxarırıq”, - Anna Fotiqa Brüsseldə Avropa Parlamentinin deputatlarına müraciət edərək deyib.


