30 
Yan
2023
15:27
347

Levan Xabeişvili: "Sizə dostluq əli uzadıram, ümumi düşmənə qarşı mübarizədə birləşək"

“Milli Hərəkat”ın yeni sədri Levan Xabeişvili sədrliyə namizədlərə müraciət edərək onlara dostluq əli uzatdığını deyir.

InterPress.ge xəbər verir ki, o, bu barədə brifinqdə bəyan edib.

Onun sözlərinə görə, “Milli Hərəkat” Mixeil Saakaşvili və Gürcüstanın azadlığı üçün rusiyalı oliqarxa qarşı barışmaz mübarizəyə başlayır.

“Bu qələbə Nika Qvaramiyaya məxsusdur, o, şəxsi nümunəsi ilə sübut etdi ki, bu döyüşdə bizi bölmək mümkün deyil. Ukrayna bizim ürəyimizdədir və biz səsimizi Lvovdan Xarkova, Kiyevdən Odessaya çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Biz qətiyyətlə onların tərəfindəyik, gürcü xalqı ukraynalı dostlarının yanındadır.

Bu qələbə Nika və onun tərəfdarlarına, Nona və onun tərəfdarlarına məxsusdur; Qiorqiyə və onun yorulmaz silahdaşlarına məxsusdur - bu gün sizə dostluq əli uzadıram. Mənim əsas vəzifəm ümumi düşmənə qarşı mübarizədə birləşməkdir. Qarşıda bizi bu yolda barışmaz mübarizə gözləyir, ona görə də əl-ələ verib əsas işə keçməyin vaxtıdır. Bidzinaya və onun marionetlərinə demək istəyirəm ki, həqiqətən onların üzərinə qara bulud yığılıb və gürcü xalqı tezliklə bu qəzəbi rus oliqarxının və onun marionet, cinayətkar rejiminin üzərinə atacaq. Bu qələbə vətənindən müvəqqəti köçmüş mühacirlərimizə məxsusdur, bu seçkilərdə böyük əməkləri var və onların iştirakı böyükdür. Onlara dərin təşəkkürümü bildirirəm, sizi evlərinizə qaytarmaq üçün hər şeyi edəcəyik.

Biz indi bunu qeyd etmək fikrində deyilik, ölkəmiz Rusiya oliqarx rejimindən azad olanda prezident Saakaşvili, Nika Qvaramiya və digər siyasi məhbuslarla birlikdə qeyd edəcəyik”, - Levan Xabeişvili bildirib.
 

Bizimlə əlaqə saxlayın