1 USD =
3.1141 GEL
1 EUR =
3.6628 GEL
1 TRY =
0.368 GEL
100 RUB =
4.2956 GEL
1 AZN =
1.8301 GEL
12 
Fev
2020
13:25
766

Hakim partiya müxalifəti dialoqa çağırdı

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası müxalifəti dialoqa dəvət edib.

InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, təmsil etdiyi partiya dialoq və konsensusa alternativ görmür: “Bütün məsuliyyətli siyasətçilər dialoqa daxil olmağa, deeskalasiya və konsensus üçün optimal yol axtarıb tapmağa razı olmalıdır. Bu həm ictimaiyyətin gözləntisi, həm də beynəlxalq tərəfdaşlarımızın tövsiyəsidir”.

Qeyd edək ki, Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulavanın fevralın 10-da həbs olunmasından sonra ölkə müxalifəti hakim partiya ilə danışıqlardan imtina edib. Müxalifət G.Uqulavının həbsini siyasi təqib adlandıraraq ölkədə kütləvi etiraz aksiyaları elan edib.(report)

Bizimlə əlaqə saxlayın