"Hey, “Gürcü Arzusu”, bilirsinizmi ki, Rusiya müharibəni uduzur".
InterPress.ge xəbər verir ki, keçmiş konqresmen Adam Kinzinqer bu barədə Ukraynanın müvəqqəti nümayəndəsi Andrey Kasyanovun Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılmasından sonra Twitter-də yazıb.
"Maraqlıdır, axırıncı dəfə Rusiya səfirini nə vaxt çağırıblar və ya Rusiyanı hərəkətlərinə görə qınayıblar? "Hey, “Gürcü Arzusu”, bilirsinizmi ki, Rusiya müharibəni uduzur", - deyə o yazıb.
