25 
Yan
2023
14:55
229

Kasyanov: "Mümkünsə, bütün ifadələrimi tam şəkildə oxuyun "

Ukraynanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Andrey Kasyanov Gürcü arzusu üzvlərinin tənqidinə cavab verir və onları bəyanatları tam və orijinal şəkildə  oxumağa çağırır.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, bəzi sitatlar kontekstdən çıxarıldıqda anlaşılmazlıqlar yaranır.

"Mənim şərhim belə olacaq: bütün ifadələrimi tam və orijinal oxuymaöınızı xahiş edirəm. Bəzi sitatlar kontekstdən çıxarıldıqda anlaşılmazlıqlar yaranır. Ona görə də müsahibəmi tam şəkildə, orijinalda oxuyun və sonra  bütün məlumatları əldə edəcəksiniz. Müsahibənin 90%-i birlikdə gördüyümüz işlərə həsr olunur.

Bu spekulyasiya olub, ya yox, deyə bilmərəm. Mən hökumət nümayəndələri ilə görüşəcəyəm və hər şeyi müzakirə edəcəyik”- Kasyanov deyir.

Kasyanovun sözlərinə görə, yeni səfirin təyinatı ilə bağlı prezident Vladimir Zelenskinin qərarını gözləməliyik.

Məlumat üçün bildirək ki, Kasyanovun Ukrayna mətbuatına bu yaxınlarda verdiyi müsahibədən sonra hakimiyyət tərəfindən tənqidlərə məruz qalıb.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər