24 
Yan
2023
12:04
97

İrakli Qaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfiri Əhməd İbrahim Əhməd Taher Əl Nuaimi ilə görüşüb.

InterPress.ge xəbər verir ki, məlumata görə,tanışlıq görüşündə söhbət iki ölkə arasında münasibətlərə və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.

Hökumət başçısı diplomatı Gürcüstana səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gürcüstanın baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində əlavə addım olduğu vurğulanıb. 

Baş nazir Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Birləşmiş Ərəb Əmirlikləri hökuməti tərəfindən göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə səfirə minnətdarlığını bildirib.

Həmçinin görüşdə ölkələr arasında dostluq və sıx tərəfdaşlıq əlaqələri vurğulanıb. Müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqları bildirilib.

Bizimlə əlaqə saxlayın