Kobaxidze: "Təəssüf ki, prezident də bu yalanı tirajlamağa vadar edildi"
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze CNN jurnalistinin sualına münasibət bildirib və Gürcüstanın sanksiyaya məruz qalmış məhsulları Rusiyaya ötürməməsi ilə bağlı ətraflı açıqlama yayıb.
InterPress.ge xəbər verir ki, CNN jurnalisti Avropa Komissiyasının prezidentinə sanksiyalardan yayınma ilə bağlı sual verib və bildirib ki, sanksiya tətbiq olunan məhsulların Gürcüstan vasitəsilə Rusiyaya ötürülməsi barədə məlumatlar var.
"Nüfuzlu xarici KİV-lər Gürcüstan dövlətinə qarşı bu miqyasda yalanlar yayanda bu, ayrı problemdir. Lakin Gürcüstanın radikal müxalifəti və onun media qurumları tərəfindən eyni yalanların tirajlanması daha böyük problemdir. Bu fakt bir daha təsdiqləyir ki, bu insanlar üçün Gürcüstanın milli maraqları heç bir əhəmiyyət kəsb etmir və əslində onlar Gürcüstanın yox, ona düşmən olan qüvvənin xidmətindədirlər. Həm də ittihamlara “qəti və fakta əsaslanan cavab” tələb edən prezidenti bu yalanı tirajlamağa vadar etmək də təəssüf doğurur.
Bu, Rusiyanın Gürcüstanın ixracatını “korlaması” və sanksiyalardan yayınması ilə bağlı saxta ittihama mənim qəti və fakta əsaslanan cavabımdır”, - Kobaxidze yazıb.


