22 
Yan
2023
12:25
368

Nika Melia: "Ölkədə mütləq böyük siyasi dəyişikliklər olacaq"

Zuqdididə Nika Melia qapalı formatda partiya üzvləri və tərəfdarları ilə görüşür.

InterPress.ge xəbər verir ki, Nika Melia görüşdən əvvəl mediaya açıqlama verib.

O bildirib ki, rəqibləri ona qarşı çirkin kampaniya aparırlar.

Onun sözlərinə görə, seçki prosesi qəbuledilməz formalarla başlayıb.

 “Seçki prosesi, yumşaq desək, tamamilə yersiz, qəbuledilməz formalarla, ümumi siyasi ictimai həyata xələl gətirməklə başladı. Bütün bunlara baxmayaraq, bir neçə gündən sonra “Milli Hərəkat” partiyasında seçkilər keçiriləcək. Bu ölkədə mütləq böyük siyasi dəyişikliklər olacaq, lakin ilk növbədə partiyada böyük siyasi dəyişikliklər baş verəcək”, - deyə Nika Melia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər