20 
Yan
2023
16:20
396

Gürcüstan Prezidenti Rusiya ilə uçuşların bərpasını müsbət qarşılamır

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə hava əlaqəsinin bərpası ilə bağlı səsləndirilən bəyanatlara cavab verib və uçuşların bərpasını müsbət qarşılamadığını bildirib. 

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, bu məsələ ilə bağlı “Gürcü Arzusu”nun mövqeyi başa düşülən deyil.

Prezident bəyan edib ki, hökumət uçuşları bərpa etmək əvəzinə, ölkənin reputasiyasının qayğısına qalmalı, ölkəyə qarşı irəli sürülən ittihamlara qəti şəkildə cavab verməlidir.

“Bütün tərəfdaş ölkələrimiz söz və ya əməllə Ukraynanın fədakar mübarizəsi ilə maksimum həmrəy olduqlarını ifadə etdiyi bir vaxtda hökumətin və hakim partiyanın mövqeyi mənim üçün və əminəm ki, cəmiyyətin böyük hissəsi üçün anlaşılmazdır.

Mən guya Rusiyada yaşayan gürcülərin problemlərini yüngülləşdirməyə xidmət edən arqumentlə razılaşa bilmirəm. Ən azı ona görə ki, aylardır, bütün səylərimə baxmayaraq, vətəndaşlığın verilməsi meyarlarının sadələşdirilməsi ilə bağlı bir nəticə əldə edə bilməmişəm - bu məsələ xaricdəki, o cümlədən Rusiyadakı soydaşlarımızı çox narahat edir.

İndiki məqamda Rusiyanın onsuz da köhnəlmiş hiylələri ilə bağlı nəsə xatırlayırıqsa, başa düşməliyik ki, Kreml Qərb tərəfdaşlarımızla aramızda hansısa nifaq yaratmaq ümidi ilə bu cür mövzuları ortaya “atacaq”. Bu, yolverilməzdir!

Hökumətdən dəfələrdə tələb etmişəm ki, Rusiya vətəndaşlarının axını məsələsini bütün sosial və siyasi parametrləri ilə ciddi şəkildə araşdırmaq lazımdır ki, ictimaiyyət onun milli maraqlarının və təhlükəsizliyinin nəzərə alındığını və qorunduğunu hiss etsin.

İş hüququ, biznesin qeydiyyatı, əmlakın əldə edilməsi və ya rusdilli məktəblərin açılması ilə bağlı qaydalara ehtiyacımız var.

Həm də hökumət uçuşları bərpa etməkdənsə, ölkənin reputasiyasını düşünməli, ölkəyə qarşı irəli sürülən ittihamlara qəti şəkildə cavab verməlidir! Bütün bunlar ciddi dövlət yanaşması və ittihamların inkarını tələb edir ki, bu da qəti və faktlarla təsdiqlənəcək!".

Bizimlə əlaqə saxlayın