20 
Yan
2023
15:39
384

ABŞ səfiri Gürcüstan və Ukrayna hakimiyyətinə çağırış etdi

"Biz həm Gürcüstanı, həm də Ukraynanı bu çox vacib məsələni açıq şəkildə deyil, məxfi şəkildə müzakirə etməyə çağırırıq".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Ukraynanın Gürcüstandakı müvəqqəti nümayəndəsi Andrey Kasyanovun Ukraynanın 2008-ci ildə Gürcüstana verdiyi “Buk” sistemlərini geri qaytarmasını xahiş etdiyi bəyanatına münasibət bildirərkən deyib.

“İndi çox həssas vaxtdır. Rusiya Ukraynanın suverenliyini və müstəqilliyini əlindən almaq üçün müharibə aparır. Birləşmiş Ştatlar bütün tərəfdaşlarını və müttəfiqlərini Ukraynaya kömək etmək üçün nə edə biləcəklərini nəzərdən keçirməyə çağırır. Gürcüstan beynəlxalq forumlarda iştirak etməklə humanitar sahədə çox işlər görüb. Bütün ölkələrin nə edə biləcəklərini müəyyən etmələri vacibdir. Hesab edirəm ki, Gürcüstan ərazisinin 20 faizi Rusiya tərəfindən işğal olunduğundan, Gürcüstanın hansı həssas vəziyyətdə olduğunu hamı yaxşı bilir. Bu kontekstdir və biz bir daha Gürcüstan və Ukraynanı bu məsələləri məxfi şəkildə müzakirə etməyə çağırırıq”, - səfir qeyd edib.

Bizimlə əlaqə saxlayın