20 
Yan
2023
14:48
365

"Gürcüstanla təkcə hava nəqliyyatını deyil, həm də diplomatik münasibətləri bərpa etmək lazımdır" - Qavrilov

Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sözlərinə görə, Rusiyanın Gürcüstanla hava uçuşlarını və diplomatik münasibətləri bərpa etməsi vacibdir.

InterPress.ge xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına müsahibəsində deyib.

“Gürcüstanın Ukrayna problemi ilə bağlı müstəqil mövqeyini və Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı mövqeyini nəzərə alsaq, təkcə hava nəqliyyatını deyil, həm də ölkələrimiz arasında tam diplomatik münasibətləri bərpa etmək lazımdır”, - deyə Qavrilov bəyan edib.
Onun sözlərinə görə, Gürcüstanda səfirlik və konsulluq xidmətlərinin yenidən açılması iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək və lazım gəldikdə Rusiyaya Gürcüstana gələn vətəndaşlarına köməklik göstərmək imkanı yaradacaq.

Onun sözlərinə görə, əlaqələrin yenilənməsi ölkələr arasında ticarət və turizmi gücləndirəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Gürcüstanla münasibətləri bərpa etməyə çağırıb. Lavrov "Gürcüstanla birbaşa uçuşların tezliklə bərpa olunacağına" ümid etdiyini bildirib.
 

Bizimlə əlaqə saxlayın