19 
Yan
2023
14:55
238

Roman Qoçiridze Sergey Lavrovun bəyanatına belə münasibət bildirdi

"Dünyada Rusiya üçün səmanın bağlı olması fonunda Gürcüstana uçuşların başlaması ölkənin maraqlarına xəyanətdir".

InterPress.ge xəbər verir ki, bu sözləri Milli Hərəkatın üzvü Roman Qotsiridze bildirib.

Məlumata görə, o, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını dəyərləndirərkən qeyd edib.

“Rusiya ölkələri dost və düşmən dövlətlərə ayırıb. Gürcüstan heç vaxt dost olmayan dövlətlər siyahısında olmayıb və Lavrovun sözlərinə görə, faktiki olaraq deyə bilərik ki, o, Gürcüstanın Rusiyanın yanında olduğunu, Gürcüstan üçün hava məkanını açacağını bütün dünyaya bəyan edib və Ukraynaya kömək etmədiyi üçün başını sığallayıb. Gürcü Arzusu sədrinin hava hərəkətinin bərpa oluna biləcəyi ilə bağlı açıqlaması xəyanət və sivil dünyaya qarşı getməkdir. Avropada Rusiya uçuşlarının həyata keçirildiyi yeganə ölkə Serbiyadır, orda da bağlanacaq, çünki mövqeyini dəyişir. Arxa planda Rusiya üçün səmanın bağlandığı bir vaxtda Gürcüstana uçuşların başlaması birbaşa ölkəmizin maraqlarına xəyanətdir”, - Qotsiridze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər