Kobaxidze: "Radikal müxalifətin zəiflədilməsi prosesinə mümkün qədər töhfə verəcəyik"
“Biz radikal müxalifətin zəifləməsi adlanan prosesə mümkün qədər töhfə verəcəyik”.
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bu barədə “İmedi” telekanalında danışıb.
"İndiki mərhələdə radikal müxalifətin ölkəni parçalamaq üçün vaxtı yoxdur. Öz partiyalarını parçalamağa çalışırlar və bunun üzərində fəal işləyirlər. Partiyadaxili münaqişə var və bir-birini seçkiləri saxtalaşdırmaqla, gizli yazılar yaymaqla, insidentlərlə və s. günahlandırırlar. Bu, çox yaxşıdır, daha yaxşı olar ki, ölkəni parçalamağa yox, öz partiyalarını parçalamağa çalışsınlar. Radikal müxalifətin zəiflədilməsi prosesinə mümkün qədər töhfə verəcəyik. Çünki bu, ölkədə radikalizmin azalmasını və əmin-amanlığın qorunmasını təmin edəcək. Müvafiq olaraq, bu, əsas vəzifədir", - Kobaxidze bildirib.


