İrakli Qaribaşvili: "Gürcüstan bərpa olunan enerji istehsalı və tranzit mərkəzinə çevrilməyi hədəfləyir"
Gürcüstan bərpa olunan enerji istehsalı və tranzit mərkəzinə çevrilməyi hədəfləyir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Twitter sosial şəbəkəsində yazır.
Məlumata görə, Davosa səfəri çərçivəsində hökumət başçısı Almaniyanın “RWE AG” enerji şirkətinin icraçı direktoru Markus Kreber ilə görüş keçirib, burada Gürcüstanın enerji sektoru, eləcə də cari və təklif olunan regional layihələr müzakirə olunub.
“Dünya İqtisadi Forumu çərçivəsində baş ofisi Almaniyanın Essen şəhərində yerləşən çoxmillətli enerji istehsalı şirkətinin baş direktoru Markus Kreber ilə görüşdüm. Biz Gürcüstanın enerji sektorunu, cari və təklif olunan regional layihələri müzakirə etdik. Gürcüstan bərpa olunan enerji istehsalı və tranzit mərkəzinə çevrilməyi hədəfləyir”, - deyə baş nazir qeyd edib.


