19 
Yan
2023
10:36
363

İrakli Kobaxidze Rusiya ilə uçuşların mümkün bərpa olunmasına münasibət bildirdi

"Rusiya Federasiyasında bir milyona qədər həmvətənlərimiz, etnik gürcülər yaşayır və təbii ki, 2019-cu ildə qəbul edilən qərar onların şəraitini və vəziyyətini çox çətinləşdirdi. Uçuşların bərpa olunması həmvətənlərimiz üçün vacibdir və bu, yalnız müsbət qarşılanacaq".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze deyib.

Kobaxidze qeyd edib ki, 2019-cu ildə qəbul edilən qərar Gürcüstan vətəndaşlarına zərər verib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının vəziyyətinin yüngülləşdirilməsinə gəlincə, istənilən belə qərar alqışlanır.

“2019-cu ildə Rusiya birtərəfli qaydada uçuşları dayandırmaq qərarına gədi. Bu, bir növ, Gürcüstana qarşı tətbiq edilən sanksiya idi və Gürcüstan vətəndaşlarına zərər verdi. Yada salaq ki, məşhur “Troyka” -  Xoştariya, Vaşadze, Zura Caparidze, onlardan biri birbaşa Rusiya büdcəsindən milyonlarla rubl alır. Rusiya vətəndaşlarına qarşı sanksiya tətbiq olunmasını qətiyyətlə tələb edən Vaşadze mənzilini Rusiya vətəndaşına kirayə verir, Zura Caparidze üçün isə ehtiyatlı davranmaq düzgün deyil. Bu, ikili standartdır və müşahidə etdiyimiz bu şey çox ciddidir. Vətəndaşlarımızın vəziyyətinin yüngülləşdirilməsinə gəlincə, istənilən belə qərar bizim üçün xoşdur”, - deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər