12 
Yan
2023
20:06
1572

Gürcüstan və Ermənistan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə sərhədi keçə biləcəklər

Gürcüstan və Ermənistan vətəndaşları xarici pasport təqdim etmədən, şəxsiyyət vəsiqəsi ilə sərhədi keçə biləcəklər. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Yanvarın 12-də Ermənistan hökumətinin iclasında dövlətlərarası sazişin (Ermənistan və Gürcüstan dövlətləri arasında vizasız gediş-gəliş haqqında) imzalanması barədə qərar qəbul edilib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qeyd etdiyinə görə, Gürcüstanla xüsusi münasibətlərin möhkəmləndirilməsi İrəvanın prioritetlərindən biridir. Ölkələrin müxtəlif səviyyəli qurumları arasında intensiv ünsiyyət və işgüzar əlaqələr qurulmuşdur.

Mirzoyan 2019-cu ildə Gürcüstana 1,365 milyon Ermənistan vətəndaşının səfər etdiyini deyib və pandemiyadan sonra bu dinamikanın bərpa olunacağına ümid etdiyini bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edir ki, bu qərar müəyyən risklər yarada bilər və bu məsələdə gürcü tərəfdaşlarla səmərəli iş aparılır. Bu gün Nikol Paşinyan Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi gürcü nümayəndə heyətinin Ermənistana səfərindən danışıb və hökumətlərarası görüşün İrəvanda keçiriləcəyini bildirib. Biz ümid edirik ki, bu görüş çərçivəsində bu sazişi imzalayacağıq", - Paşinyan bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər