12 
Yan
2023
12:10
291

İrakli Qaribaşvili Ermənistana işgüzar səfərə gedib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə Ermənistan Respublikasına işgüzar səfərə gedib.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Gürcüstan Respublikası və Ermənistan baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək.

“Həmçinin ikitərəfli, yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur. Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir"- məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər